Şücaət
(“Suraxanski” küçə, yuxarı məhəllə, Qoşa hamamın qabağı)
Yuxarı məhlənin əhlində şücaət görünüb,Bilməyirsiz, kişilərdə nə əlamət görünüb?!
Bir-iki gün bundan əzəl xəlqlə dolmuşdu dalan,Nə deyim, gəl görəsən, keyf nə keyfdi, ay aman!Gürcü dümbək vurub, həm erməni də zurna çalan.Ən qabaqda Qobu əhlindən idi yaxşı piyan,Lahıc əhli də valay vurmada ondan da yaman,Yuxarı məhlənin əhlində şücaət görünüb,Bilməyirsiz, kişilərdə nə əlamət görünüb?!
Saqi olmuş biri təcil ilə doldurmağa cam,Biri bədməst olub söylədi: – vurram, basaram.Gər həqiqət, kişilər eyləsə bu işdə dəvam,Verəcək həqq bulara həşrdə cənnətdə məqam.Adəmiyyət rəvişin etdilər əlqissə tamam,Yuxarı məhlənin əhlində şücaət görünüb,Bilməyirsiz, kişilərdə nə əlamət görünüb?!
Eyləməkdə bu işi qeyri bir ad eylədilər,Bir neçə qəmzədənin könlünü şad eylədilər,Sanma, bihudə yerə dadü bidad eylədilər.Demək olmaz ki, bular zərrə fəsad eylədilər,Hər nə oldusa da, etməkdə cəhad eylədilər.Yuxarı məhlənin əhlində şücaət görünüb,Bilməyirsiz, kişilərdə nə əlamət görünüb?!
Gecə həm sübhə kimi evdə də oynandı qumar,Məstü mədhuş hamı, yox arada bir huşyar.Məsləhət gördülər ki, bilməyə bir kəs zinhar,Sübh tezdən birisi Məxfiyə etdi izhar;Yuxarı məhlənin əhlində şücaət görünüb,Bilməyirsiz, kişilərdə nə əlamət görünüb?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-sucaet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xaru xəstək, sədəf içrə gövhər olmaqdan isə,Nökər ol aləmə kim, taci-sər olmaqdan isə.
Dad çəkməkdənƏ.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,
Əhsən, əhsən!Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!
Ey gözümÇəkmə qəm millət yolunda, şad ikən qıl seyri-bağ,Lalərüxlər seyrin et, çək sineyi-məzlumə dağ.
Стихи других поэтов · Сатира
Hər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
Eyki guyi şərəfi-nəfs be ədləstü be cudТы, пекущийся о чести, не обманывай народ,Говоря, что славу только справедливый обретет, -
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,