Ancaq Tanrı uça bilən təzə göy açar hər təzə çat
Görürəm, Tanrım, yenədünya dönür öz üzünə,gedir, gedir həm səninlə,həm də sənsiz, öz-özünə.
Hamı qəmin göndərir sənə,dərtlər, qəmlər səni üzür,adamlar bir yana, səndənxəncərlər, oxlar da küsür.
Hə tez duydun məni, Tanrım,yenə mənə pay verdiyin,yenə sinəmə sancdığın,canımdan boyuna boy,göyünə də göy açdığınbu iki oxu da yenəson göyünəcən uçmağaiki lələktək verdin mənə.
Payın çatanda sinəməbircə an «Tanrım» – deməyəən gözəl söz verdin mənə,bir an açılıb qapanan,o an ancaq səni görəniki kor yara, –iki kor göz verdin mənə.
Göztək açılıb qapananÜrəyimdəki çatlardan dasəni görməkçün bir dahabir min il də, milyon il də
ürəyimin divarlarıyetər mənə, çatar mənə.
Hər çat məndə budaqlayar,canımdan sənə pay açar,göyüzündən də o yanasənin sonsuz sükutunaancaq Tanrı uça biləntəzə yol açar, göy açar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-ancaq-tanri-uca-bilen-teze-goy-acar-her-teze-cat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tək-tək adamlar dünyanı hay-küylə, nəsillər isə səssizcə tərk edirlər.Heç kim ölməmiş, İlahi,
Doğum bəndəylə, ölüm Allahla görüş anıBu dünyadan gedəndəAllahla aramıza
Heç kim ölməmiş, İlahi, bütün ölülər dipdiriBu nə andı verdin, Tanrım,hamını göyüzünün
Dua edirəm göyüzünə göyüzündən yuxarıyçün də, göyüzündən aşağıyçün dəMəryəmə və İbrahimoğluna*Vaqif İbrahimoğluna və Məryəm Əlizadəyə*