Ölsəm, bir də min il sonra dirilsəm,Bu dünyada hər şeyin sonunu bilsəm?!

...Bir çölün düzündə bir qara kollaqəflətən tapışıb qalsam baş-başa,baş-başa qaldığım o qara kol dakolluğundan çıxıb dönsə qardaşa,nə desəm, nə sorsam, cavab yerinətikanlı üzünü sürtsə üzümə,hər tikan ucundan, tikan canındanbir damla göz yaşı baxsa gözümə,bir dəniz də gəlsə, üzündə gəmi,hey sürtsəm üzümü divarlarına,uzanıb qollarım, bitib qollarımdönsə o dənizin avarlarına,sular qollarımı yuduqca yusa,saçlarım yosuntək axdıqca axsa,bir cüt günəş kimi, bir cüt ay kimibir qızla bir oğlan bulutdan çıxsa,O qız sən, o oğlan mən olmuş olsam,Hər an da yenidən yeni bir eşqləSənin uçuşuna baxıb vurulsam...

Ölsəm, bir min il də sonra dirilsəm,yenə göyüzündən bir bulud üstdəo qızla o oğlan enirmi görsəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе