Düşmən yuxusuna yurdumuz girsə, o an duyuq düşüb onu vurmasaq, düşmən zamanında haqlana bilməz
Azərbaycanı babəkləşdirməyə cəhd edən Ənvər Məmmədxanlıya
Əsil döyüşçüyə səngəri qəfəs!Düşmən səngərin al, sarı yarama,döyüş o səngərdə döyüşdü ancaq,gedib qayıtmasa aldığım nəfəsnəfəsi ölümdən geri almağaölümün üstünə yürüşdü ancaq.
Qılınc gülümsəsə, təndə can gülsə,əsir torpaqları alıb durmasaq,heç bir Türkün gözü bağlana bilməz,düşmən yuxusuna yurdumuz girsə,o an duyuq düşüb onu vurmasaqdüşmən zamanında haqlana bilməz.
Həfəsi doğmalar, səsi doğmalarheç vaxt deyilməyən nəğmələr deyibheç vaxt alınmayan yurtlar aldırar,qanadlı nəğmələr, atlı nəğmələrölən əskəri də ata qaldırar,ölən atları da qanadlandırar.
Ölüm də bir uçuş, əvvəlcə yerə,sonra yer altına, sonra göylərə.Ölüm – həm də yürüş hər Türk oğluna!– Öldün, Türk?! Qalx, göyünboş qalan andı,Onsuz da yer Sənin! Qalx Göy uğruna!Türkün Göy yürüşü başlanan andı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-dusmen-yuxusuna-yurdumuz-girse-o-an-duyuq-dusub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu dəli sevdanınƏvvəli qar gəldi, sonrası yağış.
Bir də bir kimsəni sevməyəcəyəmHər gün bir sevdaya düşüb inləyənbu dəli könlümə yanıram, dostlar.
Qara qız – qar qızOn ildi bir qara qızəlində qar topu
Bu ayrılığa da yıxılma, könülQəm çəkmə, sıxılma, sıxılma, könül,Heç vaxt ayrılığa yıxılmamısan,
Стихи других поэтов · О смерти
Qorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincə
Bir şey olmasınBir həyat var, bir ölüm var,Ölümdən betər, zülüm var,
Ölüm də bir işdiÖləcəyəmbu əlacsız sevgidən –
MoskvaOrda hürr ölkələri saran zəncirin ucu,Orda puç Neronların ölüm, qan yayan gücü.