Səhər-səhər əsən qiblə yelləri,Heç yolun düşdümü canan dağına?Ağ sinədən söylə, tər şamamədən,Görüm, əl dəymişmi canan tağına?

Həsrətindən bağrım gül, şanə bənzər,Mənə Vərqa, sənə Gülşa nə bənzər?Yarın qoynu içi gülşənə bənzər,İstər pərvaz edə canan dağına.

Götür günəş camalından ol ağ yar,Sən bəri bax, qoy söylənsin ol əğyar,Rəqib ölsün, biz ikimiz olaq yar,Nə var ondan qeyri canan dağına.

O cavanın ömrü nurdur, yaşı nur,Səg rəqibin tök gözündən yaşü nur,Məni görcək bilməm nöşün yaşınır,Salır camalını canan dağına.

Vaqifəm, könlümü dağın eylərəm,Yardan ayrı xoş gün daxı neylərəm,Sinəmdə mən özgə dağı neylərəm,Qoymuşam canımı canan dağına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви