Əzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.

Nolurdu kim, olaydım qasidin qoynundakı kağızKi, mən də Qələyə bir yol gedəydim bu gedənlər tək.

Gül əndamlar səfayi-söhbətin yad eylərik hərdəm,Batar əzamıza ta sübhədək tüklər tikənlər tək.

Kərəm qılmış, bizə ol lalərüx bir namə göndərmiş,Açıb onu tamaşa eylərik bərgi-səmənlər tək.

Nə xoş nəqqaşımış bu naməni (yarəb), yazan katib,Hünər izhar edib, surətdə möcüz göstərənlər tək.

Макта — последний бейт с тахаллусом поэта. Səfərdə yar yanından gələn kağızları bir-bir,Öpər Vaqif, basar bağrına hərdəm gülbədənlər tək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви