Həsrətindəyəm
Çox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,Bülbül tək fəryadım çıxdı fələkə,Cənnət iyli gülüzarı görəydim.
Basaydı üzümə gül ayağını,Öpəydim üzünü, həm dodağını,Gah açaydım ağ sinənin bağını,Qoynundakı qoşa narı görəydim.
Gah alaydım gərdənini qucağa,Gah üzüm sürtəydim zülfə, buxağa,Gah da oturaydım qabaq-qabağa,Danışaydı, xoş göftarı görəydim.
Bilirmola bağrımdakı yaranı,Necə yaxmış mən tək günü qaranı,Yar məndən kəsməzdi belə aranı,Bu qoymayan kimdir, barı, görəydim.
Vaqifəm, hicrandır mənim məhşərim,Gecə-gündüz canan olmuş əzbərim,Kərəm eyləyibən gəlsə dilbərim,Kəsilirmi ahu zarı görəydim?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-goreydim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə,Kuyin çəməni tənə vurar xüldi-bərinə.
Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməzSevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz,Can riştəsi geysuyi-sitəmkərdən üzülməz,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Ah... bir sərxoş nigarın dağı öldürdü məniAh... bir sərxoş nigarın dağı öldürdü məni,Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,
Стихи других поэтов · О любви
ای رخت چشمه خورشید درخشانیها
Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəmYar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm,Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Olmağınaİndi yaydı, payız qışı daldadı,Bülbül intizardı yaz olmağma.