Əldə ayna, gözə sürmə çəkəndəAla gözün bulağından öpəydimZənəxdanın çevrəsindən, xalındanQələm qaşın qabağından öpəydim

Zülf ilən bəzənib gələndə üzünYenə can almağa qəsd edir gözünVəsfi-zəbanından çıxanda sözünDilin, dişin, dodağından öpəydim

Alaydım yaşmağın, açıb kəmərinÇıxarıb əynindən zərbafın, zərinİyləyb-iyləyib zülfi-ənbərinÜzdən sonra buxağından öpəydim

Vaqifin bağrını döndərib közəYar odur yarının gövrünə dözəYarım sallanıban gələndə bizəDüşübən əl-ayağından öpəydim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви