Bir yəhər durmadı həsrət belində,Bir qəpik qalmadı yolçu əlində,Yenə qarğış gəzir insan dilində,Nə yaman ağırmış bulud kölgəsi,İçimdə qaralan köçəri səsi...

Deyəsən ölümün məndə gözü var,Bəlkə də deməyə qardaş sözü var,Elə bil sinəmdə dəvə dizi var,Nə yaman ağırmış bulud kölgəsi,İçimdə qaralan köçəri səsi...

Üzük var, taxmağa bir barmağım yox,Yollar var, ayaqsız yol yormağım yox,Yamaq vurmağa da öz bayrağım yox,Nə yaman ağırmış bulud kölgəsi,İçimdə qaralan köçəri səsi...

1987

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов