Nifrətin yatan yerini
NuşabəyəNifrətin yatan yerini,Qəzəbin batan yerini,Duaların göy üzündəAllaha çatan yerini,Gözlə, bilib gələcəyəm...
Çiynindən atma daşımı,Dizinə qoyum başımı,Bilsəm ki, gözləyənim var,Bir daş ilə göz yaşımı,Gözlə, silib gələcəyəm...
Məni hardasa yuxudan,Oyadıb, şeir oxudanBir cəlladın gözlərinə,Baxıb ilk dəfə qorxudan,Gözlə, gülüb gələcəyəm...
Gözlə bu gün, sabah məni,Yolda qoymaz Allah məni,Əcəl ondan tez tərpənsə,Yıxsa bir yad günah məni,Gözlə, ölüb gələcəyəm...1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-nifretin-yatan-yerini
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Pərişan ömrümə baxma qıyqacıHəyatım cənnətin bağı deyil ki?!
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,