Öləndə neçə yaşın var idi sənin?
Nazim Hikmətə
Öləndə neçə yaşın var idi sənin?Neçə qış, neçə bahar görmüşdün?
Öləndəkimin saman sarısı saçlarınınqoxusunu eşitdin?
Torpağını gördünmü gözlərini yumanda?Mavi gözlərinin səması indi yox.Gecə çökdü gözlərinin səmasına.
Neçə ulduz söndümavi gözlərininqapanmış gecəsində?İşığı bizə heç bir vaxtçatmayacaq ulduzlar.Öləndə neçə yaşın var idi sənin?Yoxsa hələ doğulmamışdın?
1963
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-olende-nece-yasin-var-idi-senin
Клавиши ← → для перехода, R — случайное стихотворение