Üzbəüz durmuş iki evin birinin
Üzbəüz durmuş iki evin birininpəncərəsindən quş çıxar,uçar o biri evin açıq pəncərəsinə.Sonra yenə geri,sonra yenə ora,bir pəncərədən o birinə,bir evin içindən, o biri evin içinə.Bütün günü qanad çalar quş,bir günlük yol gedər quş,ora-bura uça-uça...Göy açıq,göydə quş yolları açıq,dağlar, düzlər,bağlar, meşələr açıq.Quşsa uçar, hey uçar iki ev arasında,uçar yerə quş təri tökə-tökə,iki muncuq gözü bərələ.Və quş uçan iki ev arasındaeşidilməz, eşidilməz quş səsi.Aradaquş nəğməsi yaranmaz...
1986
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-uzbeuz-durmus-iki-evin-birinin
Клавиши ← → для перехода, R — случайное стихотворение