Vaxtsız ölsəm
Vaxtsız ölsəm,çox yaşadı, deyin.
Vaxtsız öldü, deyin,qoca ölsəm.
Bir il yatıb, ölsəm,qəflətən öldü, deyin.
Uzun sürən xəstəlikdən sonra öldü, deyin,qəflətən ölsəm...1962
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-vaxtsiz-olsem
Клавиши ← → для перехода, R — случайное стихотворение