Sərasər bir yerə yığılsa xublar
Sərasər bir yerə yığılsa xublar,Sənin bir muyinə tay ola bilməz.Günəş təki şölə verər camalın,Belə gözəllikdə ay ola bilməz.
Heç gözəli sən tək şux görməmişəm,Nə fayda, hüsnünü çox görməmişəm.Uzun kirpiyin tək ox görməmişəm,Qaşların tərzində yay ola bilməz.
Həsrətindən bağrım qan ilən dolub,Heyva təki rəngim saralıb-solub,Bu xubluq ki, həqdən bəxş olub,Heç kimsəyə belə pay ola bilməz.
Qəddin şahbaz, ağ bədənin səmən tək.Yanağın lalədən ziyada göyçək.Ustad səni çəkib manəndi-mələk,Bundan artıq həqqü say ola bilməz.
Vaqifəm, mən sənə heyran olmuşam,Qaşların yayına qurban olmuşam,Dərdindən didəsi giryan olmuşam,Qanlı yaşım kimi çay ola bilməz
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-seraser-bir-yere-yigilsa-xublar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Pənah Vaqif**Qıvrılır gönlüm tüfəngdən dəm vuranda mar tək,
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
Ey rəngi-rüxi-alına heyran gülü laləEy rəngi-rüxi-alına heyran gülü lalə,Can qurban ola sən kimi bir qaşi hilalə,
Ey büti-tutizəban, gəl ki, məqalın istərəmEy büti-tutizəban, gəl ki, məqalın istərəm,Təşneyi-didarinəm, abi-zülalın istərəm.
Стихи других поэтов
Qoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
BilməsəydiDövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram