Balaca mütəfərriqələr 2
Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi:
– Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar?
Cavanın haləti məni təəccübləndirdi, mən sual etdim:
– Oğlan, nə olub məgər?
Cavan o vaxtı mənə cavab verə bilmədi, gözləri yaş ilə doldu, nəfəsi darıxdı, başladı dodaqların çeynəməyə.
– İnsaf dinin yarısıdır, ağa Dərviş! Düz iki aydır mən Badkubədə sakinəm. Vasitə kağızları gətirmişdim, olub qalan pulumu xərc elədim. İndi üç gündür, demək olar ki, mən acam. Qeyrət, namus qoymur məni əl açmağa... Mən buraya gələndə o ümidlə gəldim ki, dövlətli müsəlman şəhəridir, özümə bir iş taparam, öz zəhmətimlə bir parça çörək qazanıb külfətimə göndərərəm. Vallahı, ağa Dərviş, mən heç kimdən inciməzdim, hərgah əvvəlinci günü aşkar mərd-mərdanə mənə məlum edəydilər ki, asudə yer yoxdur, get... Xeyr, üç nəfərin üçü də bu gün get, sabah gəl, bu gün get, sabah gəl deyirlər. Külfətimin gözü yolda, mən burada ac, susuz, onlar orada.
Cavan biixtiyar başladı ağlamağa...
– Xudaya, bu haləti heç bəndəyə göstərmə! Birisi buyurdu ki, elə sənin kimi cavanı mən çoxdan axtarırdım, əlhəmdülillah, sən öz ayağın ilə gəlmisən. Birisi buyurdu ki, sabah yox, o biri gün Hacıtərxan adamım var, gələcək, amma qayıtmayacaq, səni onun yerinə göndərərəm. Birisini ancaq bir dəfə görə bildim; bir yol da küçədə ətəklədim. Arxayın ol, – dedi, – mən sənə yer verərəm. Ondan sonra o, cənabı görmək mümkün olmadı. Qoymadılar, bu gün get, sabah gəl – dedilər. İki dəfə posta ilə kağız yazdım, cavab çıxmadı. İndi, fəda olum sənə, mən kor-peşman vilayətə qayıdıram, ancaq sizdən bir təvəqqem var.
– Məndən, Dərvişdən?
– Bəli, sizdən təvəqqe edirəm dövlətli qapısında dua oxuyan zamanı mənim bu dualarımı da edəsən: “Xudaya, səni and verirəm min bir adına, sən müsəlman qardaşlarının qəlbindən yalanı bilmərrə çıxart, adam aldatmağı onlara nəsib eləmə, mərdimazarlığı onlara göstərmə, rəhm, mürüvvət, insaniyyəti onlara əta elə”.
Oğlan yola düşdü, mən də dərdü qəmə aludə, üz qoydum mənzilə.
“Həyat” qəzeti, 14 iyun 1905, №7
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə.*Xırda xanım**. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana... Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam... İçərim özümü yandırır, çölüm özgəni... Xırda xanım budu getdi, Xırda xanım odu getdi... Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də... ah, ah!..
İkinci məclisXırda xanım və yerində əyləşmiş... Əbdürrəhim daxil olur.*Xırda xanım**. Əbdürrəhim, necə oldular?
Üçüncü məclisƏhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır.*İskəndər bəy** (sağ əlinin dal tərəfin kitaba bərk vurub). Möhkəm dostum, əziz dostum, bitəməh dostum, bihəsəd, xalis dostum! Təklik yoldaşı, dərd-qəm yoldaşı, baqi dostum... Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin və məni tamam dünyanın ağıl və kamal sahiblərilə həmsöhbət etdin. Şükür, min kərə şükür!..
Dördüncü məclisƏhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında.*Xırda xanım**. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil... Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam... Xülasə, çox bədxab oldum... İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (Çağırır. Pəri gəlir.)
Стихи других поэтов
Zaman qalı,*Ün gedər, zaman qalı,*
EyləməBir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə,Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.