Balaca mütəfərriqələr 55
Ey dörd-beş kasa xamraşı, ya düşbərə yeyib beş-altı dəfə “afiyət olsun” eşidib istirahət edən ağalar! Görürsünüzmü altı-yeddi yaşında, cındır libasda soyuqdan titrəyə-titrəyə küçələr divarlarına pənahlanmış tifilləri? Rast gəlibdirlərmi sizə qoca kişilər dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri?
– Ay qardaş! Ancaq, Allah xatirinə!
– Pul istəmirik, bir parça çörək ver bu tiflə...
– Olarmı bir yer ki bir-iki saata pənahlanaq?..
Eşitmirsinizmi bu nalələri?! Eşitmisiniz yəqinimdir, görmürsünüz bişəkk. Necə ola bilərdi görməyəsiniz o soyuqdan, acından taqəti kəsilmiş, “yalvarmağa” gücü çatmayan, ötüb-keçənlərə məzlum-məzlum baxan tifilləri?.. Görmüsünüz, amma... insaf, mürüvvət, vicdan sizdə olmayıb. Məişət, dünya, qaraca pul sizdə insanlıq nişanəsi qoymayıb... “Allah versin” – deyib keçmisiniz.
Sübhdən axşamadək alış-verişdə, əhalinin nəfəsini darıxdırıb birə on qazanırsınız... Barı fağırlara rəhm ediniz! Şəriətinizi, Quranınızı yad ediniz...
Mən qana bilmirəm, mümkün olan işdirmi düşbərəni xortuldadım, qonşum acından köpük qussun?!
Qana bilmirəm, necə rahat yatmaq olar isti otaqda biləsən ki, küçədə cındır yorğan altında bir ər, bir arvad, iki tifil titrəşə-titrəşə bir-birinə qısılıb növbə gözləyirlər?!
Vay, fələk! Kim deyir insafım var?
Ah, kifayətdir, ağa Dərviş!
“El həyatı” məcmuəsi, 1918, №2, səh.6
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-55
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm...
“Ölülər” haqqında rəy“Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir.“Açıq söz” qəzeti, 1 may 1916, №173*
“Ölülər”Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır.Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə.
TeleqramÖz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm.“Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29*