Göz aldadan bir su kimiGah lal axar asta-asta,Gah da mələr quzu kimi,Ürək yaxar asta-asta…

Nə bir toya, nə bir yasaİstəməz ki, ayaq basa.Adam ölüb, ev də yansa,Durub baxar asta-asta…

"Yüz yol ölçər, bir yol biçər",Təmiz suyu üflər içər…Dediyinin üstdən keçər,Altdan çıxar asta-asta…

Özü qorxaq, cüssəsi dar,Andını da tez unudar.Sözlərini çeynər udar,Hey udqunar asta-asta…

O "mərd" olar yaxşı vaxtda,Çox danışar hünər haqda.Çətin işdə, bərk ayaqdaTez sıpıxar asta-asta…

Ürəyi buz, nəfəsi qar,Üzdən gülər, üzdən yanar…Az işləyib, çox qazanar,Ancaq tıxar asta-asta…

O aşkarda girər qına,Qıfıl vurar öz ağzına.Xəlvətdəsə ona, buna.Ləkə yaxar asta-asta…

Nə yaradar, nə də qurar,Yaradana ağız burar.Quyu qazıb, tələ qurar,Ev də yıxar asta-asta.

"Tilsimlidir o qəhrəman",Qan da axmaz yarasından.Odun-suyun arasındanÜzə çıxar asta-asta…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов