Qərib bir səs gəldi bu gün qəlbimdən:Ömrün baharında öləcəyəm mən…Didib parçaladı bağrımı bu qəm,Üzümə boylandı əlimdə qələm!Of… Bu səs! Nə qədər ömrümə yaddır.Mənim ki, gəncliyim qəmdən azaddır!Qayadanmı qopdu bu daş qəlbli səs?Həyat öz oğlunu vaxtsız itirməz!Dağılın başımdan qara xəyallar,Hələ arzularım, əməllərim var.Qapımdan getməmiş ömrün ayağı,Dövran mənzilimə dost gələcəkdir.Bu Odlar yurdunun şeir bayrağıMənim sənətimlə yüksələcəkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов