Bülbül! Səhər-səhər qonaq budağa,Günəşin eşqinə bir dastan qoşaq!Ötək bağçamızda dodaq-dodağa,Yarpaq inciməsin, əyilməsin şax,Günəşin eşqinə bir dastan qoşaq!Seyr et bu varlığı, şeyda bülbülüm!Həyata müjdədir hər yeni bəstən;Bağrının başında qalmamış zülüm,Sən də insan kimi çıxdın qəfəsdən,Həyata müjdədir hər yeni bəstən.Bülbülüm, köksünün alti sarıdır,Mehriban yaratmış səni təbiət;Bu torpaq bülbüllər laləzarıdır;Gözəldir səndəki bu söz, bu sənət,Mehriban yaratmış səni təbiət..Özün bilirsə ki, mən gözəlliyəƏzəldən vurğunam... Gözəl-həyatdır!Azadlıq, qurluluş bizdədir deyə,Hər yeni istəyin bir kainatdır,Sevdiyim gözəlin adi həyatdtr.Gəl, şeyda bülbülüm, verək səs-səsə,Qardaşlıq adına min söhbət açaq.Deyək şərqimizi nəfəs-nəfəsə,Hər sözün başında bir sənət açaq;Qardaşlıq adına min söhbət açaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви