Birisi molla Nəsrəddinin boynuna bir sillə vurmuşdu. Molla qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra mollaya dedi:

  • Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.

Bu söz mollanın xoşuna gəlmədi. Dikəldi və qazının boynuna bir sillə vurub dedi:

  • Mən tələsirəm, abbasını ondan özün al!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов