Hoydu
Dolun at belinə, qoç dəlilərim,Xotkarı taxtından endirən, hoydu!Talayaq mülkünü, alaq canını,Evini başına endirək, hoydu!
Şığıyıb üstünə qəddini bükək!Gərək Çənlibelə min əsir çəkək!Paşanın başında gəlin turp əkək!Şahın çıräğını söndürək, hoydu!
Bir hayqırsam polad qollar boşalar,Düşmanlar əlimdən çəkər haşalar,Öldürək xotkarlar, qıraq paşalar,Meydanı məşhərə döndərək, hoydu!
Qeysəri öldürək, sərdarı tutaq,Böyüyün, kiçiyin qol-qola çataq,Ərəb at döşünə cümləsin qataq,Çənlibelə əsir göndərək, hoydu!
Gələr Koroğlunun damaqlı çağı,Dəlilər məclisdə, Xan Eyvaz sağı,Aladı gözləri, qaşları yağı,Bulğarlı xanımı dindirək, hoydu!
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-hoydu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir gözəl sevmişəm günəş camalı,Gərdəni minadır, qədi ərərdir.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
ظاهراً از بنده حرفی با تو پنهان گفتهاندگوش کن من هم بگویم آن چه یاران گفتهاند