Koroğlunun İstanbul səfəri
Страница 3 из 3 · 67%
Ağlama, telli Nigarım,
Gəldi dəlilərim, gəldi.
Xotkar qızı, gözəl yarım,
Gəldi dəlilərim, gəldi.
Düşmənə qılınc çəkməyə
Başları biçib tökməyə
Paşalar qəddi bükməyə
Gəldi dəlilərim, gəldi.
Qurbanam mərdin adına,
Dostunu salar yadına,
Bu gün bir ər imdadına,
Gəldi dəlilərim, gəldi.
Əldə şeşpəri, qalxanı,
Yağıya verməz amanı,
Öldürməyə bəy, paşanı,
Gəldi dəlilərim, gəldi.
İgidin kəsməz qovğası,
Həmişə olar davası,
Koroğlunun qoç arxası,
Gəldi dəlilərim, gəldi.
Koroğlunun nərəsinə dəlilər daha da qızışdılar. Koroğlu bir yandan,
dəlilər bir yandan xotkarın qoşunundan çox qırdılar. Qoşun dəlilərin
hücumuna davam gətirə bilmədi, qaçıb dağıldı. Koroğlu tərkində Nigar
xanım, başında da dəlilər Çənlibelə yollandı. Uzaq yerləri keçib, yolları,
yamacları aşıb gəldilər Çənlibelə çatdılar. Nigar xanım gördü,
çatdıqları yer uca dağların başı, güllü-çiçəkli bir oylaqdı, dedi:
– Koroğlu, Çənlibel budurmu?
Nigar xanımın cavabında aldı qoç Koroğlu görək nə dedi:
Çiskinli dağların başı,
Nigar, Çənlibel budu, bu!
İyidlər açar savaşı
Nigar, Çənlibel budu, bu!
Çəkib bəzirgan soyduğum,
Qəflələri boş qoyduğum,
Paşalar gözü oyduğum,
Nigar, Çənlibel budu, bu!
Üst yanı dağ, təpə, dərə,
Müxənnətlər düşər girə,
Mərd iyidə olar bərə,
Nigar, Çənlibel budu, bu!
Xotkarlar bata bilməyən,
Comərdlər tuta bilməyən,
Köksünə yata bilməyən,
Nigar, Çənlibel budu, bu!
Ucalardan uca dağı
Hərgiz gələ bilməz yağı,
Koroğlu tək ər oylağı
Nigar, Çənlibel budu, bu!
Çənlibelə hay düşdü. Dəlilər hamısı at minib Koroğlunun qabağına
çıxdılar. Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. Şənlik
başlandı. Koroğlu ilə Nigarı məclisin baş tərəfində oturtdular.
Hamının kefi saz idi. Amma heç kimin kefi Bəlli Əhmədin kefinə
çatmazdı. Xələt xələt üstündən tökülürdü. Hərə öz qüvvəsinə görə
ona xələt verirdi. Bunu görən Nigar xanım Koroğludan soruşdu:
– Ay Koroğlu, bəs sən niyə Bəlli Əhmədə xələt vermirsən?
Koroğlu dedi:
– Mənim xələtim odu ki, onu azad eləyib dəliliyə götürmüşəm. Nə
vaxt ki, Çənlibel dəlisi olmağa layiq olduğunu göstərdi, məndən xələti
onda alacaq.
Bu sözün cavabında Bəlli Əhməd dedi:
– Koroğlu, mən Çənlibelə qorxudan, aclıqdan gəlməmişəm. Mən
igid olmasaydım adıma Bəlli Əhməd deməzdilər. İnşəAllah vaxt gələr
səndən də xələtimi alaram.
Məclis əhli onun bu sözünə əhsən dedi. Koroğlu bir Nigara baxdı,
bir dəlilərə baxdı, ürəyi telləndi, adlı görək nə dedi:
İstanbuldan buta alıb gəlmişəm,
İstanbulda arzumanım qalmadı.
Çənlibel oylağım, Qırat dayağım,
At minməkdə arzumanım qalmadı.
Qıratı çəkməsəm dağlar sökülməz,
Bəzməndin çəkməsəm sağrı örtülməz.
Qabağından qaçan düşmən qurtulmaz,
Qisas aldım, arzumanım qalmadı.
Koroğluyam, Çənlibeldə oturram,
Harda gözəl görsəm, allam, gətirrəm.
Dəliləri muradına yetirrəm,
Gözəllərdə arzumanım qalmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-koroglu-dastani-koroglunun-istanbul-seferi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla bazarda inək alarkən soruşur:Yaxşı inəkdirsə, niyə ucuz satırsan?
Arvadını boşayan kişiBir gün birisi Molla Nəsrəddinin yanına gəlir ki:– Molla, gəlmişəm mənim arvadımı məndən boşayasan.
Aşı mollanın, başı mollanınBir gün molla çayın kənarında əyləşmişdi, gördü ki, suyun üzü ilə çay axını bir neçə motal üzüb gəlir. Tez soyunub girdi suya, motalların ikisini tutdu, ikisi də ona yaxınlaşdı.Molla əlindəkilərin hərəsini bir ayağına keçirtdi, yaxınlaşan iki motalı da tutdu. Gördü ki, uzaqdan bir motal da gəlir, əlindəkilərdən birini dişinə alıb onu da tutdu. Bu zaman suda bir motal da göründü. Ancaq molla nə qədər can atdısa, altıncı motalı tuta bilmədi.
Allahın qapısıGünlərin birində Mollanın həyətinin qapısını çıxarıb aparırlar. Mollanə qədər axtarırsa, oğrunu tapa bilmir. Axırda gedib məscidin qapısını
Стихи других поэтов
Sonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?