Dünyada heç igid yoxsul olmasın
Dünyada heç igid yoxsul olmasın,Yoxsulluq igidə yaman ad olu.Hər kəsin ki, varı-dövləti olsa,Ləzzət çəkər, dəhanında dad olu.
Varlı-kasıb bu dünyadan köçərlər,Yaxşını-yamanı görüb seçərlər.Varın olsa gəlib yeyər, içərlər,Yoxsul olsan qohum-qardaş yad olu.
Dəmirçioğlu, igid çoxdu dünyada,Artdı dərdim, oldu həddən ziyada.Yaxşı at minənlər qalsa piyada,Daş düşər başına, ömrü bad olu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-olu-dunyada-hec-igid-yoxsul-olmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qıratın üstündə, ərlər yanında,Dağları, daşları gəzər Koroğlu.
ZəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
Alı kişiAlı kişi neçə illər Həsən xana ilxı otarıb ömrünü, gününü onun qapısında çürüdüb, saqqalını ağartmışdı. O, hər gün səhər dan yeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi. Yenə də bir gün Alı kişi ilxını sürüb dərya qırağına aparmışdı. Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Qoca ilxıçı bir də baxdı ki, budu dəryadan iki at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi, amma heç görməmişdi. Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu, Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki, axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi. Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin. Bəli, daylar böyüyüb iki yaşar oldular. Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi:– Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından mənə iki ayğırlıq at verəsən.
Koroğluynan Dəli HəsənGünlərin bir günü Koroğlu Qırat minib Çənlibelin ətəyindəki yola çıxmışdı.Bir də baxdı budu, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir ki, dünyalara dəyər.
Стихи других поэтов
Başına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Zahid, bu fəna mülkdə dövran sənin olsunZahid, bu fəna mülkdə dövran sənin olsun!Verdim sənə yeksər.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları