Bahar fəsli əskilməyirGüneylərdən lala, dağlar.Kaş ki, elə bu gözəllikSəndə hər vaxt qala, dağlar.

Dərələrdən keçəm bir-bir,Gəzəm, söhbət açam bir-bir,Çeşmələrdən içəm bir-bir,Əlimdə piyalə, dağlar.

Yenə nə müddətdən bəriDolandıqca bu yerləri,Ürək istər, ƏləsgəriSəndən xəbər ala, dağlar.

Kəsmə könlümdən gümanı,Qurbanın, Nəcəfin hanı!?Vətəndən Novrəs İmanıTəkmi saldın yola, dağlar!?

Bayraməli deyər gerçək,Bir dərmandı hər cür çiçək.Vəfan varsa, gəl əncam çəkBu pərişan hala, dağlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе