Qızlar
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.Xəşmə gəlib qəmzələri coşubdur,Qəsd edibdir bizi qırmağa qızlar.
Ət basıban baldırları bitişib,Vaxtı keçib bir-birindən ötüşüb,Qoynunuzda şamamalar yetişib,Dönübdür ləbiniz xurmaya qızlar.
Al geyinib zər-zivər taxarlar,Könlümüzü bərbad edib yıxarlar,Cilvələnib hər səhərdən çıxarlar,Düşərlər zülflərin burmaya qızlar.
Eşqi olan çoxda bilməz arını,Tər görmüşəm ağ döşünün qarını,Göz görəndə könül istər yarını,Axır salır bizi cərmayə qızlar.
Məst edibdir eşqin məni tutubdur,Hər kim mənəm deyib fələk udubdur,Qoynunuzda təzə narlar bitibdir,Xəstə Əli gedər dərməyə qızlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-eli-qizlar
Стихи других поэтов · О любви
Zimistan dolanıb bahar çatanda,Al-yaşıl geyinib, bar olan dağlar.
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
Mən səni gördümƏzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.