Necola
Ay ağalar, nakam getdim dünyadan,Yarəb, mənim xanımanım necola?Gövhərtək sözlərim, bayatılarım,Ləbi şirin süxəndanım necola?
Anam yoxdu gözlərindən yaş tökə,Halalım yox, sinəm üstə saç tökə,Qardaşım yox, qəbrim üstə daş tökə,Yarəb, mənim ağlayanım necola?
Hayıf ola, ağ biləklər, bazılar,Ahum otlar ceyran ilə yazılar.Qohumum yox, qardaşım yox, qazılar!Yarəb, mənim hal-əhvalım necola?
Bu gen dünya üstümüzə dar ola,Biz köçərik, yurdumuzda kim qala?Əhmədimin gül əndamı sarala,Mənim sərvi-xuramanım necola?
Mən Qasımam, daha qalmadı tabım,Qızılgüldən çəkilibdi gülabım,Cədvəlkeş Quranım, qırx cüz kitabım,Üstü zərli qələmdanım necola?
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-necola
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,