Var idi bir lətif əmirzadə,Xanımanı nəzdik Şətti-Bəğdadə.

Əhli-kərəm idi, sahib-nan idi,Öz boyuna sultan idi, xan idi.

Sair sələtinin cahü cəlalı,Bunun həm cəlalı, həmi cəmalı.

Gecə-gündüz göydə Müştəri, ZöhrəSöylərdi övsafın mahlə mehrə.

Şəklü şəmailin görsə afitab,Çəkərdi üzünə pərdeyi-səhab.

Ləblərindən edən dəmdə nuşxəndTökülürdü bəzmə rizə-rizə qənd.

Qəmzeyi-qəttalı, çeşmi qəzalıSalmışdı Bağdada yüz qilü qalı.

Xüsusən işrətə meyli var idi,Elmi-musiqidən xəbərdar idi.

Şairi-süxənvər, arifi-dövran,Saqiyi-gülçöhrə, mütribi-xoşxan;

Hazır idi məclisində sübhü şamÜrəfa, zürəfa, nüdəma müdam.

Olmuş idi ayinəbənd otağıBədihəgu şairlərin yatağı.

O cümlədən bir cavani-biqərinMüqərrəbi-bəzmi-xas idi həmin.

Cəzbeyi-eşq onu öylə səbükpaEtmiş idi, daim hər sübhü məsa –

Bivahimə Şətdən eyləyib übur,Yetişib vüsalə dilşadü məsrur,

Məclisi-yarda söhbət edərdi,Axşam necə gəlmiş idi, gedərdi.

Sairi-yaranü həmdəmü həmrahBir sirrdən mütləq deyildi agah.

Güman edərlərdi, çəkib dərdi-sər,Bu da onlar kimi cisrdən keçər.

Hamana bilirdi əcibə karı,Bir xaliq, bir özü, bir də dildarı.

Neçə müddət keçdi bu qərar ilə,Hüsni-xidmət ilə, etibar ilə.

Bir gün əhli-hüzzar, xəvasü əvam,Be təriqi-sabiq cəm olub təmam,

Eylədilər şirin ta vəqti-qürubHekayəti-nikü rəvayəti-xub.

Dağılıb mənzilə gedən zamanıBiçarə müxatəb edib oğlanı

Dedi: “ey müşfiqü mehribani-mən,Bir ayinə tutub hüsnünə bax sən.

Görünür gözümə manəndeyi-mah,Dövri-zənəxində ləkkeyi-siyah.

Bilməzəm ləkkədir, ey bərgüzidə,Ya əks salıbdır mərdümi-didə”.

Nimxənd eyləyib dedi: “ey cənab,Ehtiyat ilə get, – olursan qərq ab!”

Anlamadı hərgiz sayir əhbabO nə sul idi, bu necə cəvab.

Səhərdən Bağdada düşdü avazə,Əfsus ki, filankəs gedib güdazə.

Dün keçərkən olub qərq abi-fəna,Tutuldu təziyə, başlandı əza.

Xüsusən məşuqi-dəyanət-ayin,Giryanü dilbəstə, mükəddər, qəmgin.

Yığılıb üstünə qeyri-həmkarı,Tutdular küllühüm yəsi-dildarı.

Möhnətə mübəddəl oldu eyş, işrət,Keçdi macəradən bir neçə müddət.

Bir gün yenə bəzm olmuşdu münəvvər,Üz tutub aldılar oğlandan xəbər.

Dedilər ki, ey sərsəfi-əncümən!Hərçənd müdrikü fəhmməndəsən sən.

Və lakin rəsulü xətmi-ənbiyaCəbrəili-əmin gəlməyincə ta

Sirri-kainatdan deməzdi xəbər,Sən nə cəhət ilə olub müztəhzər

Buyurdun: ehtiyat eylə, axarsan;Səhər göyə çıxdı naləvü şiyvən.

Əsəri kəlamın verdi nəticə,Sirri-ayəndəni bilirsən necə?

Dedi: nə rəsuləm, nə də danəyəm,Fəhmü fərasətdə sizdən ədnayəm.

Nəhayət, var mündə bir əmri-nihan,Çünki belə düşdü, eyləyim bəyan.

O biçarə mane olmuşdu nabənd,Sanırdınız keçir cisrdən hərçənd.

Və lakin eşq olub elə səbukpər,Etmişdi, bilirdim, hər şamü səhər

Eləməyib əsla əndişeyi-şətt,Yeriyə-yeriyə gəlirdi çün bət.

O gün dedi zənəxində ləkkə var,Müşəxxəs eylədim aləm-aşikar;

Dildadənin zövqü şövqi olub pəst,Bünyadi-eşqinə düşübdür şikəst.

Bildim ki, olacaq qərq fənayə,Gün ki, qürub etdi, çəkilir sayə,

Eşq əhlinin balü pəri eşqdir,Nükü bədi, xeyrü şəri eşqdir.

Quş balü pərilə qalxar həvayə,Pər olmasa batar, təki-dəryayə”.

Eşqdir, seyr etdi rəsuli-xakiBir ani-vahiddə doqquz əflaki.

Eşqdir, Məsihi-fəsihkəlamƏrşi-müəllani eylədi məqam.

Odu, Əyyub içdi şərabi-səbur,Odu, kəlim oldu kamiyabi-Tur.

Odu, atəş oldu Xəlilə gülşən,Davudu yandırmaz tüfteyi-ahən.

Zövrəti-tufandır eşqi-məcazi,Gəl gör həqiqətin nədir ecazi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви