Ey həmdəm olan ariyəti-hüsnünə məğrur,Bəsdir, dəxi bidad.Qalmaz belə bu surəti-pürseyqəlü pürnur,Olma ona dilşad.Tədric ilə bir-bir dağılır aləti-məmur,Viran olu bünyad.Ta sübh çəkər aşiqi-dilxəstəvü rəncurSəndən bu qədər dad,Bir kərrə demzsən ki, görən qandadı bu şur,Həm naləvü fəryad.

Hər sübh səbadən dilərəm nəkhəti-zülfün,Əhvalı pərişan;Əzbəski, qəbul eyləmişəm biyəti-zülfün,Çün bəndeyi-fərman.Dağıtsa əgər şanə o cəmiyyəti-zülfün,Müşkül olur asan.İstər bu qədər şamü səhər nüsrəti-zülfün,Biçarə dilü can,Şayəd ki, çəkib darə xilas edə çü Mənsur,Qəmdən olam azad.Saqi, tükənibdir meyi-nabi o nigarın,Qəmgindi ziyadə.Düşməkdi xəta səmtinə ol laləüzarın,Durma bu aradə.Al başını get, əzmini qıl özgə diyarın,Sən payi-piyadə.Qanını tutar şişələrə aşiqi-zarın,Gər olmasa badə.Mey içməyə daim ol iki norgis-məxmur,Olmuş elə mötad.Hər kim ki, qara zülfünə söylər şəbi-yeldə,Olsun ona pabənd.

Bica yerə haşa ki, tuta höccəti-bica,Danayi-xirədmənd.Ol Yusifi-gülpirəhənə meyli-ZüleyxaƏfzun idi hərçənd;Amma yaradıbdı səni ol vahidi-yektaBinisbətü mənənd.Məxluqi-cahan içrə deyil kimsəyə məqdur,Bu hüsnü-xudadad.

Avarə deyil, Kuhkənin vardı məqamı,Sakindi vətəndə.Qeysə yetirir Zeydi-vəfadar pəyamıGah-gah düşəndə.Şərhi-qəmi-həcran edərlərdi təmamıDildarı görəndə.Ol növ keçən aşiqin olmazmı davamı,Yox heç biri məndə.Ovqat keçirmişlər əcəb xoşdilü məsrur,Məcnun ilə Fərhad.

Eşqin sipəhü üz qoya, Bəhmən dayanarmı?Çıxmazmı şəhərdən?Söhrab, Fəramərz, Təhəmtən dayanarmı?Çalırsa cigərdən?Tiri-nəzərə qələyi-ahən dayanarmı?Etməzmi çü rövzən?Yay qaşlarının oxuna cövşən dayanarmı?Keçməzmi sipərdən?Bir nəvəki-xunriz ki,çeşmindən ala zur,Qəmzən ola ustad.

Dərda ki, bu bərbaddə bir dərd bilən yox.Halım deyə yarə.Ondan gətrib doğru xəbər, çarə qılan yox,Bu dərdə nə çarə.Tənha qalıbam badiyyeyi qəmdə, olan yox,Həmdəm məni-zarə.Dost yolları olmuş elə məsdud, gələn yox,Hərgiz bu diyarə.Didarına həsrətdi bəsi Zakiri-məhcur,Nə rah, nə irşad.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви