Fəsli bahar gəldi, könül, şad kam bul,Yox etibar gərdişi-əyyamə, cam bul.

Naseh haram deyərsə meyi, söylə sən ona;Mən püxtə olmuşam, get özün kimi xam bul.

Bir neçə yarü həmdəm ilə künci-bağdə,Vəqti keçirmə, badeyi-gülnar-fam bul.

Eylə sücud sidq ilə əbruyi-saqiyə,Ol sərvqamətin nəzərində qiyam bul.

Yoxdur davamı zahidi-xuddar lütfünün,Tap bir pərivü rahəti-eyşi-müdam bul.

Vaiz kəlamə baxmasa bilməz nədir cavab,Oldur cavabı: mürşidi-hafizkolam bul.

Zinhar girmə məscidə, bihörmət olmagil,Var, paytəxti-meykədəyə, ehtiarm bul.

Həq söz budur ki, mədrəsədir dari-qalü qil,Qovğaya salma kəndini, Darüssəlam bul.

Eşq əhli getdi hər biri bir ismü rəsmlə,Zakir, oturma sən dəxi bir niknam bul.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине