Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyümGündüz xəyalımdan, gecə fikrimdənQəddim oldu dal, başına döndüyüm

Axdı gözüm yaşı döndü seyllərəMəcnun olub düşdüm əcəb çöllərəBir qədəm bas bu gün bizim illərəGülşən olsun gül, başına döndüyüm

Haçan girdim dost bağına gül dərdimFürqətindən qəddim nunə döndərdimGöz yaşımdan namə yazıb göndərdimSəndə halım bil, başına döndüyüm

Sən getdəndən bəri odlara düşdümƏl götürüm baş və canımdan keçdimAlışdım, tutuşdum, atəşə düşdümYandım oldum kül, başına döndüyüm

Zəif deyir, bülbülsüz heç bağ olmazYar sevənin yürəyində yağ olmazKönül bir şüşədir, dahi sağalmazŞikəst oldu dil, başına döndüyüm

Случайное стихотворение

Стихи других поэтов · О природе