Allahım, mənə bir ağsaqqal yetir
Allahım, mənə bir ağsaqqal yetir,Ona söylənəsi ağrım, acım var.Oğul deyə-deyə sızlayan anam,Qardaş deyə-deyə yanan bacım var.Havalı dağların havası kimi,İnsanı yaşadan hava, su kimi,Bu gün ağsaqqala ehtiyacım var,Allahım, mənə bir ağsaqqal yetirl
Allahım, mənə bir ağsaqqal yetir,İstər yerdən çıxart, özün bilərsən,İstər göydən endir, özün bilərsən,Məsləhət sənindir, özün bilərsən.İstər Cavanşiri qaldır yerindən,İstər Xətaini təzədən gətir.Yarat nəvəsini Dədə Qorqudun,Qədim tarlamıza təzə dən gətir.Baş ver, başımızda tac ola bilsin,Ruh ver, qolumuzda güc ola bilsin.Sevgi ver, dost ilə könül bağlasın,Nifrət ver, düşməndən öc ala bilsin.Özünü tox görüb harınlaşmasın,Xalqı ac görəndə ac ola bilsin.
Dönsün nəsillərin ziyarətinə,Məkkə ola bilsin, Hac ola bilsin.Ayrı-seçkiliyin, tayfabazlığın,Taxtını biryolluq devirmək üçün,Adamı insana, kütləni xalqa,Tayfanı millətə çevirmək üçün,Allahım, mənə bir ağsaqqal yetirl
Palıd elə yanır, elə qovrulur,Salamat bir quru çöp ələ gəlmir.Düyün tilsimlidi, kələf dolaşıq,Yumaq diğırlanır, ip ələ gəlmir.
İpi suya verib, böyüklərimizinÇiynində dağ olub bu yüklərimiz.Bütün ürəklərin arzularınıBir sinə altında yerləşdirməyə,Bütün inamları, əqidələriBir bayraq altında birləşdirməyə,Allahım, mənə bir ağsaqqal yetirl
Bir şair oğluna dəyən güllənin,Bir xalqın qəddini əyən güllənin,Hər gün başımızın üstündən keçib,Hər gün qapımızı döyən güllənin,Ağrısı, göynəyi, sızıltılarıPrezident oğluna, nazir oğluna,Deputat oğluna yer eləmirsə,Yerini, yurdunu başda seçənlər,Yerindən, yurdundan ar eləmirsə,Bu xalqın çörəyi, bu xalqın suyu,Kəmfürsət gözünü kor eləmirsə,“Atılan toplara diksinməyənin”,Top da qulağını kar eləmirsə,Allahım, mənə bir ağsaqqal yetirl
Üzmüşəm əlimi yerdəkilərdən,İlahi, göylərdən bir kişi göndər.Min ildi Savalan dağında yatan,Hələ ayılmamış dərvişi göndər.
Gəlsin bu günümə yel qanadıyla,Gəlsin bu günümə köhlən atıyla.Qoy bilsin, qəm səpib, dərd əkirəm mən,Qoy görsün günümü, nə çəkirəm mən.Qeyrət qılıncını sıyıra, bəlkə,Yaxşını yamandan ayıra, bəlkə.Qurula meydanda haqq tərəzisi,Çəkə ağılları, çəkə başları.Layiq olanları taxta qaldıra,Taxtından endirə yekəbaşları,Allahım, mənə bir ağsaqqal yetirl
Allahım, mənə bir ağsaqqal yetir,Düşmənə yem olan bir məmləkətiYağılar dişindən saldıra bilsinlDərələr dibinə düşən milləti,Dağlar zirvəsinə qaldıra bilsinl“İstiqlal marşı”yla səfərbər olub,Qələbə himnini çaldıra bilsiniAllahım, mənə bir ağsaqqal yetirlAllahım, mənə bir ağsaqqal yetirl
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-allahim-mene-bir-agsaqqal-yetir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən geniş göylərdə süzmək bilirdim,Vurulub torpağa düşmək də varmış.
Nə var durulmağa, təzələnməyəElə ki söykəndin məğrur bir dağa,Qoşuldun bulağın, çayın səsinə,
Uşaq doğulasan, uşaq öləsənUşaqlar oynayır evdə, eşikdə,Körpələr uyuyur isti beşikdə.
KeşiyindədirQayanın altında yaşıl tülə bax,Qayanın döşündə açan gülə bax!
Стихи других поэтов · О божественной любви
"Kim nə miqdar olsa,əhlin eylər ol miqdar söz"
میان کار فروبند و کار راه بسازکه کار سخت مخوفست و راه نیک دراز
OlarGörməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.