Üz sürtərəm ayağına,Atam üz qoyduğu torpaq.Qarışaram torpağına,Atam üz qoyduğu torpaq.

Öz çiçəyim, öz arımsan,Beşiyimsən, məzarımsan,Ən müqəddəs güzarımsan,Atam üz qoyduğu torpaq.

Könlümün nisgili, yası,Qəlbimin qubarı, pası,Borçalının bir parası,Atam üz qoyduğu torpaq.

Taleyimin son ünvanı,Son möhürü, son nişanı,Kəpənəkçi qəbiristanı,Atam üz qoyduğu torpaq.

Varım sənsən, yoxum sənsən,Bərəkət sən, toxum sənsən.Yatsam, şirin yuxum sənsən,Atam üz qoyduğu torpaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине