Can ağrısının cavan xəstəyə sualı
İstəyirdin bir nəfəsə yüz bələni aşasan,İstəyirdin dəniz kimi qaynayasan, daşasan,İstəyirdin yurddan-yurda, dağdan-dağa köçəsən,Söylə görüm, cavan oğlan,Söylə, indi necəsən?!İstəmirdin tanıyasan canda dərd var, ağrı var,İnsanların susan qəlbi, odda yanan bağrı var.İstəmirdin əzab adlı bir körpüdən keçəsən,Söylə görüm, cavan oğlan,Söylə, indi necəsən?!Nə enişi endirirdin, nə yoxuşu sayırdın,Qıy vuranda zirvələrin şahına oxşayırdın,Aşırımı, sıldırımı heç almırdın vecə sən,Söylə görüm, cavan oğlan,Söylə, indi necəsən?!Yazın seli, qışın qarı heç gəlmirdi eyninə,Hara gəldi yollanırdın, düşən kimi beyninə.Harda gəldi qoşulurdun karvana sən, köçə sən,Söylə görüm, cavan oğlan,Söylə, indi necəsən?!Hara qaçırsansa qaç, qəzanın, qədərinsən,Sevincin, şadlığın yox, axırda kədərinsən.Dünən nur parçasıydın, bu gün zülmət gecəsən,Söylə görüm, cavan oğlan,Söylə, indi necəsən?!Ha istədi ki, versin ağrının cavabını,Ağrı əlindən aldı dözümünü, tabını.Çox əlləşdi, vuruşdu dərdə verməsin yaxa,Ağrı elə bozardı,Qaldı cavan oğlanın gözləri baxa-baxa!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-can-agrisinin-cavan-xesteye-suali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əllərin yetişmir, əl eyləyəsən,Səsini eşitmir, gəl eyləyəsən,
QismətTanrı nəzərini səndən kəsdisə,Qapının ağzından girməz içəri,
Bütün əbədilər müvəqqətidirBütün əbədilər müvəqqətidir,Yalandır Allahın özündən özgə.
Şair xoşbəxtliyiŞair nə vaxt xoşbəxt olur?Sözü gültək dərən günü.
Стихи других поэтов
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Гульшан-и раз, глава 33چرا مخلوق را گویند واصلسلوک و سیرِ او چون گشت حاصل؟
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.