Çəkə-çəkə
Şəvə saçımızı qara döndərir,İllər başımıza əl çəkə-çəkə.Nurlu baxışları salır nəzərdən,Tale gözümüzə mil çəkə-çəkə.
Bəxtimiz qalxanda şölə saçmışıq,Bəxtimiz yatanda gözdən qaçmışıq.Nə qədər nadana ağız açmışıq,Boğaz çəkə-çəkə, dil çəkə-çəkə.
Düşdü yoxsulları borca dünyanın,Alçağı çox oldu uca dünyanın.Qocalıb gedirik, qoca dünyanınDərdini, qəmini bol çəkə-çəkə.
Timsahlar gözünün yaşını sıxdı,Yalanlar dünyanın sonuna çıxdı.Satqınlar bu xalqın evini yıxdı,Saxta kağızlara qol çəkə-çəkə.
Dağ da möhtac olur, düz də yollara,Cığır da can atır, iz də yollara.Yollar bizə baxır, biz də yollara,Qalırıq gözləri yol çəkə-çəkə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ceke-ceke
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ömrümün barlı bir bağ-bostanı var,Arası kəsilmir daş atanların.
İmzala fərmanıBu ağrı nə qədər çəkəcək görən,Beş ilmi, on ilmi, yüz ilmi, Allah.
Şair qapısıŞair qapısını ürəklə açın,Hər sabah bu qapı xeyrə açılır.
Hazır ol, könülSən möhkəm adamsan, özünü şax tut,Əzilib-büzülmək yaraşmaz sənə.
Стихи других поэтов · О судьбе
Yazıya bax, gözəl gedir çirkinə,Əğyar olan alagözə mil çəkər.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
سر گران تا کی ز من ساقی بده رطلی گرانمکز سبک مغزی ز پای افکند دور آسمانم
Açan-solan çiçəklərBən bir güldüm, açılmadan budağımdan dərdilər,Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,