Sürgünlərin tufanıviran qoydu hər yeri,Qocaman palıd kimiQopdularmı, görəsən?Gedəndə bu torpağıduztək yalamışdılar,Yad olub yaddaşınıöpdülərmi, görəsən?

Daş atıb qırmışdılarruhunun aynasını,O sınıq könülləriyapdılarmı, görəsən?

Qürbətin atəşindəəriyib damla-damla,Yerin yeddi qatınahopdularmı, görəsən?

Yağan yağış, axan sel,ələnən qar yerinəGöz yaşını çöllərəsəpdilərmi, görəsən?

Yaddan dost tutdularmı,dil də unudularmı?Ağır savaş yolundansapdılarmı, görəsən?

Hər yerdə üzlərinəyol bağlı, qapı bağlı,Paslanmış qıfıllarıçapdılarmı, görəsən?

Dolaşır göy üzünüTürkün ulu ruhları,Vətən itirmişdilər,tapdılarmı, görəsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов