Dağlar
Həyatı sevəni qoynuna çağır,Qoyma qan tökəni yaxına, dağlar.Yenə bir daşını qırmızı gördüm,Ya qartal qanıdır, ya xına, dağlar.
Çoxalar daha da ömrünün barı,Yaşadın dağları yaşadanları.Şöhrət zirvəsinə daş atanlarıYandırın atəşə, yaxın, a dağlar.
Qaşların çatılsa göz açar yaram,Könlü dağ havalı bir həvəskaram.Yüz il qar yağsa da, soyumaz aram,Yaxınam mən sizə, yaxın, a dağlar.
1977, 3 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-daglar-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mat qalmışam bu dövranın işinə,Heyranam vallahı, billahı, Qasım!
Gözəl qızSallana-sallana gedən gözəl qız,Ay qız, bu güzarın bulağadırmı?
MənəmArif məclisində, qanan yanındaHər sözü dillərdə yayılan mənəm.
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.