Demərəm
Yolum, məni çatdırmasan arzuma,Uçurum billəm, yol demərəm mən sənə.Telim, yurdun havasını çalmasan,Taxta sannam, tel demərəm mən sənə.
Səpiləni vədəsində biçməsə,Buğdasını samanından seçməsə,Əlim, odun əldən-ələ keçməsə,Buz deyərəm, əl demərəm mən sənə.
Ürəyimi baxışımdan duymasan,Tanrı kimi məni uca saymasan,Gülüm, ömrə gül ətrini yaymasan,Tikan sannam, gül demərəm mən sənə.
Gözündədir neçə elin murazı,Təbriz hələ taleyindən narazı.Selim, qalxıb coşdurmasan Arazı,Damla billəm, sel demərəm mən sənə.
“Yaddan çıxıb köhnəlibsən” – desələr,Ölmək üçün bu söz mənə bəs eylər.Dilim, dillər səni sıxıb yesələr,Lal deyərəm, dil demərəm mən sənə.
Min illərin adətini itirsən,Dil adlanan sərvətini itirsən,Elim, çaşıb qeyrətini itirsən,Öl deyərəm, el demərəm mən sənə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-demerem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İlahi hər kəsə bir nemət verir,Kimi qələmdədi, kimi fırçada.
Kəpənək zərifliyiÖzü bircə dəfə getməyən yerə,İnsanı min dəfə fikir aparır.
Cəza yeriRuhumuz taxtanı kaman eylədi,Ahımız od oldu, saza yeridi.
Azadlıq nurunu gördü bu millətNə yaxşı ulduz var, Günəş var, Ay var,Dünya işıqlanır gün bahasına.
Стихи других поэтов · О родине
Məzaci-xəlq olmuş münhərif mizani-səhhətdən,Təcavüz eyləmişdir hali-ümmət istiqamətdən.
Vurğun dedim...Vurğun dedim, –Qafqaz dağı
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!