Dostun olmaq üçün gəldim dünyaya
Ey Haqqın varlığı, məni sən qoru,Mən səni qəlbimtək duyanlardanam.Səsindən güc alıb, sözündən təpər,Sevgimi dünyaya yayanlardanam.
Çiçəklər açılar gün işığında,İmanlar paklaşar din işığında.Səhər aynasında, dan işığında,Səni gözüm nuru sayanlardanam.
Canımda, qanımda halaldan maya,Sinəm qəm çəpəri, köksüm sal qaya.Dostun olmaq üçün gəldim dünyaya,Allahın özünə əyanlardanam.
Var olsun bu dünya, sabahı varsa,Yox olsun, sabahın tamahı varsa.Qəlbimin nə qədər günahı varsa,Gözümün yaşıyla yuyanlardanam.
Sükutun, xəlvətin keçdim çəminə,Çəkildim əbədi ruh aləminə.Tamarzı qalmadım dünya qəminə,Dərdin çoxluğundan doyanlardanam.
Haqqımın uğrunda çəkdim davamı,Kafir zəhərlədi təmiz havamı.
Peyğəmbər qəlbində qurub yuvamı,Müşriklər bağrını oyanlardanam.
Qəlbimdə dillənən hər səs, hər səda,Bir Allah eşqiylə ötdü dünyada.Min canım olsaydı, verərdim fəda,Bir canı yolunda qıyanlardanam.
Almaniya, Münhenxəstəxanası, 2008, 9 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dostun-olmaq-ucun-geldim-dunyaya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qayası qartallı məğrur dağ oldun,Şimşəkdən qoruya bilmədim səni.
MeylimizUçdu bir gün yuvasından quş kimi,Sevdasına təzə düşdü meylimiz.
Əllərin nəğməsiSizə gülmü deyim, çiçəkmi deyim,Gül yığan, gül açan, gül dərən əllər.
Bir içim dediÇəmənlə, çiçəklə, çayla görüşdüm,Biri gəz, biri dər, biri çim dedi.
Стихи других поэтов · О божественной любви
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
ƏdəbiyyatBır hökumet tazə çıxmış, İsmi-Azərbaycan,Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Deyə bilmərəm…Məni də belə yaratdın, tanrım,Dözümlü, kövrək, sakit, sadədil…