Dünya
İnsanın qəlbində həsrət olanda,Yüz ilə döndərər yüz günü dünya.Gətirər hər zaman yağı yağ üstə,Lap candan eyləyər üzgünü dünya.
Haqqın sarayını vurar, uçurar,Nahaqqın evində səltənət qurar.Əyriyə min naxış, min bəzək vurar,İynətək lüt qoyar düzgünü dünya.
Üzbəüz duranda yalanla gerçək,Zəlimxan, doğrunun qılıncını çək.Baxma ki, çirkinin günahkarıtəkSındırır həmişə güzgünü dünya.
1971, 20 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dunya-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Сокровищница тайн, глава 36ای ز شب وصل گرانمایهتروز عَلَم صبح سبک سایهتر
GəlinGecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.