Gürcücə oxuyan aşıq.
(Turşməzə şeir)
Qabalda bir aşıq gördüm,Gürcücə oxuyan aşıq.Məclislərin məzəsiydi,Gürcücə oxuyan aşıq.
Cərgə-cərgə yardı bizi,Oynatmaqdan yordu bizi.Güldürməkdən qırdı bizi,Gürcücə oxuyan aşıq.
Qoçtək döyüşmək istədi,Mənlə deyişmək istədi.Tarixə düşmək istədi,Gürcücə oxuyan aşıq.
Nə kökdü, nə də arıqdı,Bir azca boydan qırıqdı.Zarafatda fısqırıqdı,Gürcücə oxuyan aşıq.
Gözü gözəldə, xaldadı,Həngamə hələ daldadı.Kim axtarsa, QabaldadıGürcücə oxuyan aşıq.
Şirin cana qəsd eylədi,Məzələndi, məst eylədi.İki xalqı dost eylədi,Gürcücə oxuyan aşıq.
Söhbət açdı obasından,Şeir dedi babasından.Coşdu sazın havasındanGürcücə oxuyan aşıq.
“Ekvsi qoqos erti Eteri,Titon lamaziya qarqiya peri” .Yandırırdı göyü, yeriGürcücə oxuyan aşıq.
“Ekvsi qoqo” , — deyə-deyə,Un salmışdı yerə-göyə.Bənzəyirdi təzə bəyəGürcücə oxuyan aşıq.
“Modi, modi çemtan ninazi”Deyib çağırdı Ednazı.Zilə çəkdi telli sazıGürcücə oxuyan aşıq.
Dağ çiçəyi qoxuyurdu,Söz xalısı toxuyurdu.Gözəllərdən oxuyurduGürcücə oxuyan aşıq.
Sevgi yolunda yorğundu,Qızların üstə qırğındı.Gürcü qızına vurğunduGürcücə oxuyan aşıq.
Hər sözü can, canan olub,Güldən gülə qonan olub,Dönüb şeyx Sənan olubGürcücə oxuyan aşıq.
Zəlimxanı alqışladı,Söhbətini naxışladı,Bizə dünya bağışladıGürcücə oxuyan aşıq.2006, oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gurcuce-oxuyan-asiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nisgildi ürəkdə, ağrıdı canda,Bir görün nə qədər vaxt itirmişəm.
Ölüm dururGöz işığın qulluğunda,Qulaq səsin, dodaq sözün.
Hərəsi bir kökdə çalır havanıDoğumla, ölümlə gözəldi dünya,Nə yaxşı hər gecə bir səhər doğur.
Göyçənin gözəl oğluSərdar Kərimovun xatirəsinə*Ömrün bir köçəri quşamı döndü?
Стихи других поэтов
O gözəl oğul, o solğun nur,Bir də, bir də çətin doğulur.
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.