Məhəbbət
Ay gecəni sevər, günəş gündüzü,Çaylara bağlanar sel məhəbbəti.Ürəkdə layladı, dodaqda nəğmə,Arıya bal olar gül məhəbbəti.
Varsa bir ürəkdə sevgidən maya,Əriyər odunda, mum olar qaya.Salam kəlməsiylə gəlib dünyaya,Sıxıb bir-birini əl məhəbbəti.
Küləklər, tufanlar gəlməz eyninə,Yüz nadan tənəsi girməz beyninə.Quş bilər dağları, alsa çiyninə,Olsa Zəlimxana el məhəbbəti.
1973, 3 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-mehebbet-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
MəndənGecə-gündüz ahu kimi mələrəm,Yetişirmi sənə nalalar məndən?!
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Hər kimə kim, səncəliyən bir pərivəş yar olaHər kimə kim, səncəliyən bir pərivəş yar ola,Əqlü huşü xani-manından dəxi avar ola.