Nyu-York şəhərində bütün dünyada məşhur olan Brodyevadlı bir küçə var. Bu küçə gecələr başdan-başa işıq selinə, işıqaxarına dönür. Baxanda elə bilirsən günəşin bir parçası qopubbu yerin üstünə düşüb. Bu küçədə dünyanın bütün xalqlarınınmusiqi xəzinəsini özündə əks etdirən çox böyük bir musiqimağazası var. Qulaqcığı qulağına tax, hansı xalqın musiqisiniistəyirsənsə, istədiyin qədər dinlə, sev, ləzzət al. İstədiyin musiqivalını ən qiymətli hədiyyə kimi götür, dünyanın harasınaistəyirsən apar. Klassik və müasir musiqi nümunələrinə qulaqasdıqca adama elə gəlir ki, bu geniş salonda, mənəvi dəyərlərmərkəzində bütün dünya xalqlarının ürəyi döyünür, səsieşidilir, ruhu çırpınır. Ancaq təəssüflər olsun ki, axtarsaq da,bu ruhlar, bu səslər dünyasında Azərbaycan musiqisindən birdənə də olsun əsər-əlamət görmədik.23 gün vətəndən ayrı düşən, uzaq Amerika qitəsindəAzərbaycanın səsi, sözü, ruhu, müqəddəsliyi üçün darıxan birruh adamından ötrü bu yoxluğun nə dərəcədə ağır və nisgilliolduğunu həssas oxucu çox aydın başa düşər.

Bu səslər hamısı tanrı töhfəsi,Gur səslər içində bir səs gəzirdim.Qürbət soyuğunda üşüyən kəsiOvudan, qızdıran nəfəs gəzirdim.

Bura ayrı yerdi, ayrı həyatdı,Hanı bu həyatın Azərbaycanı.Üzeyir ayrıca bir Kainatdı,Hanı Kainatın Azərbaycanı.

Qəlbin çırpıntısı, ruhun bəstəsi,Hanı “Kürd ovşarı”, hanı “Şur”, görən?Zirvələr fəth edən Xan şikəstəsiNiyə bu zirvəyə qovuşmur, görən?

Hanı yurdumuzun səs şəlaləsi,Gələ, daşa burda, tökülə burda.Hanı saz harayı, kaman naləsi,Dağlar qaya-qaya sökülə burda.

“Segah” şirinliyi dönüb bal olsa,Həsrəti çiynimdən ata bilərdi.“Yanıq Kərəmi”dən bircə xal olsa,Sevincdən ürəyim yata bilərdi.

Batmış gəmi kimi cumdum dərinə,Ölürəm, ölənə bir həyat verin.Çörək əvəzinə, hava yerinə,Mənə bircə parça muğamat verin.

Yaman darıxmışam bu yad şəhərdə,Bir “Misri”, bir “Cəngi” dirildər məni.Axsa ürəyimə səs pərdə-pərdə,O səsin çələngi dirildər məni.

Qədir zənguləsi, Alim cəh-cəhi,Allah vergisidir, vergim bəs hanı?Yerin şadlığıdı, göyün fərəhi,Bu səs dünyasında sərgim bəs hanı?

Bu da Qarabağın taleyidimi,Min yerdən dolaşıb, düyünə düşə.Səsimiz çatmaya kar qulaqlara,Zamanın səsinə, küyünə düşə.

Duy, nədir qəlbimdə coşan nəğmələr,Tanı Amerika, haqqımı tanı!Allah ölkələrə salanda nəzər,Sazından, sözündən, muğamatından,Səsindən tanıyıb Azərbaycanı!2001, iyun Nyu-York

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине