Altı yüz il!Altı əsr.Ey sənətkar, o zamandan bu zamanasöz köhləninmeydan açıb, yorulmadan mənzil kəsir.O bəşəri məhəbbətin,O ölümsüz cəsarətinQarşısında donub qalmış,Zaman belə olmuş əsir!Qüdrətini düşünəndəBaşım üstə göy çaxnaşır,Ayaq altda torpaq əsir.Sənin adın çəkiləndəMin qat artır cəsarətim,Bu nə hikmət, de, bu nə sirr?!Ulu ustad! Zaman keçə,İnanmıram, ürək edəÖlüm sənə yaxın gələ.Şax duruşun səbəb olubBu dünyanın heyrətinə.Bəşər səni unutmağıSığışdırmaz qeyrətinə!Haqqın səsi ölməz olur,“Haqqı danır” desələr də,Alçaltmadı, əsrlərə qovuşdurduBu şər səni.“Allah yoxdur” deyə bilmir,Allah bilir bəşər səni!

1973, 2 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви