Ölüm məndən vaz keçdi
Zaman axdı aramsız,Bahar gəldi, yaz keçdi.Töküldü gözlərimdən,Kür gəldi, Araz keçdi.
Yum deyir, gözünü yum,Əcəl ömrə son hücum.Batil oldu orucum,Qıldığım namaz keçdi.
İli uzun, ayı bol,Göz yaşının çayı bol.Yaman günün payı bol,Yaxşı günüm az keçdi.
Şumladılar – şum oldu,Sovurdular – qum oldu,Yumşaltdılar – mum oldu,Ömür nataraz keçdi.
Haqdan xeyir... yazıram,Tanrı deyir, yazıram.Gördü şeir yazıram,Ölüm məndən vaz keçdi.
2004, 20 noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-olum-menden-vaz-kecdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uzun yola çıxmışam,yol uzaqdan uzaqdı,
Qəfil gələn sevinc nə gözəl olurÖzün də bilmirsən harda gizlənir,Çiçəyə bürünür, qarda gizlənir.
İlahi sevgilərQəlbində ocaq var, əlində od var,Mənə öz qəlbini, öz əlini ver.
Sən bilmədin mən kiməmBulud yardım, duman keçdim, dağ aşdım,Şimşək bildi, sən bilmədin mən kiməm.
Стихи других поэтов
Biz görüşdük, uçdu çən də, duman da,Gözlərimdə dünya güldü bir anda.
Dün və bu günDün səadətlə parlayan gözlər,Şimdi yəsü kədər nisar eylər.
Kim Əsədvən bən ki şîrü-nər bənimKim Əsədvən bən ki şîrü-nər bənimKim Ərəbdə yalıñuz bir ər bənim
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,