Qiyamət gününün nişanəsiyəm
Bir səs qulağıma “hardasan?” — dedi,“Ey səsin sahibi, burdayam”, — dedim.Torpaqda açılan güldə, çiçəkdə,Göylərdə alışan nurdayam, — dedim.
Yerin damarında, göyün tağında,Qəlbin işığında, gözün yağında,Həzrət Məhəmmədlə Həra dağında,Həzrət Musa ilə Turdayam, — dedim.
Sevincin ziliyəm, dərdin pəsiyəm.Nahaqqın harayı, haqqın səsiyəm.Qiyamət gününün nişanəsiyəm,İsrafil çaldığı surdayam, — dedim.
2007, iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qiyamet-gununun-nisanesiyem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
İtmişdi dili-qəmzədə viranələr içrəİtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
می کند دست نوازش هم دل ما راخموشخشت اگر مانع تواند شد خم می را ز جوش
Göz mərdümi ki, əşk tökər bir gilə sənsizSəyyar*Göz mərdümi ki, əşk tökər bir gilə sənsiz,