Sevimli şairimiz Hüseyn Arifinoğlu Arifin vaxtsız vəfatı münasibəti ilə

Keçən günlər belə keçdi, ay ustad,Qoy təbiət gələn yaza qıymasın.Yüksəklərdə qanad çalan qartala,Qarlı zirvə, əngin fəza qıymasın.

Bülbülə dön, min budaqda öt indi,Elə dayan, ellər desin mətindi.Kökdən düşsə düzəlməyi çətindi,Qara xəbər telli saza qıymasın.

Bir könüldə açılsa da bahar, yaz,Həsrət evə, qəm qapıya sığışmaz.Şeirimizin Hüseyni azdır, az,Vaxtsız əcəl bir də aza qıymasın.

1976, 11 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе