Ruhum
Buludla yağış kimidir,ruhda canım, canda ruhum,Can heç nədir, bədən heçdi,çırpınmasa qanda ruhum.
Uçuş yeri üfüqlərdi,bəzədiyi şəfəqlərdi,Bir nəğmədi, bir əsərdi,hər çırpınan anda ruhum.
Çiçəklərin ətrindədi,sevənlərin xətrindədi,Şeirimin hər sətrindədi,xalis baldı şanda ruhum.
Qarın rəngindəki ağdan,torpaqdakı yaşıl tağdan,Rəng alıb, nişan götürüb,qalıb bu nişanda ruhum.
Göylər kimi meydanı var,neçə-neçə heyranı var,Zəncirlənməz, buxovlanmazqəfəsdə, zindanda ruhum.
Yuva qurar, yuvalanar,hava görər, havalanar,Özünə bir sirdaş tapar,hər duyan insanda ruhum.
Görüşdüyü mələklərdi,qovuşduğu fələklərdi,Həlak olmaz qasırğada,sarsılmaz tufanda ruhum.
Turi-Sinada Musadı,çarmıxda Həzrət İsadı,Həra dağda Məhəmməddi,dolaşır Quranda ruhum.
Məcnun kimi səhradadı,Tahir kimi dəryadadı,Min illərdi qanad çalır,nağılda, dastanda ruhum.
Tamahları yox eyləyər,gözü-könlü tox eyləyər,Nə dərd olsa əlac tapar,şəfadı dərmanda ruhum.
“Məndə sığar iki cahan!” –bu bir Tanrı nidasıdır,Əbədi bir hökmrandı,hər iki cahanda ruhum.
Ləhni-Davud avazıdı,Vaqif, Ələsgər sazıdı,Ölümə meydan oxuyar,yaşar Zəlimxanda ruhum.
2003, 1 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ruhum-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Açıq məktubƏziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli