Səni sevmək nəymiş, gülüm,Səni sevən nə bəxtəvər bəymiş, gülüm.Sevgi adı gələn yerdə,Əyilməyən palıd belə,Qamətini əymiş, gülüm.Könül səni sevən gündən,Məni təbrik etmək üçün,Yer ilə göy, dağ ilə daş,Bir-birinə dəymiş, gülüm!Qoca dünya başdan-başa,Toy paltarı geymiş, gülüm.Gəl görüşək,Görüşümüz saz havası,Həsrətimiz dil-dil ötən,Bir yanıqlı neymiş, gülüm!Səni sevmək –Bir ömürdə min bir ömür yaşamaqmış.Səni sevmək –Dağ yükünü quş tükütək daşımaqmış.Səni sevmək –“Kərəmi”ni Kərəm kimi çalmaq imiş.Səni sevmək –Məcnun kimi səhralarda qalmaq imiş.Səni sevmək –Tahir olub,Dalğaların sinəsində sevda yolu salmaq imiş.

Leylisənmi, Əslisənmi, Zöhrəsənmi?Ulu sevgilər içindənTəzə çıxan pöhrəsənmi?

Səni sevmək –Göydən uca, yerdən dərin olmaq imiş,Sudan duru, baldan şirin olmaq imiş.Günəş olub,Dan yerindən doğmaq imiş.İşıq olub,Zülmətləri boğmaq imiş.Səni sevdim,Heç bilmədim ucuz nədir, baha nədir,Daha nəyi demək olar,Səni sevmək mən bilmirəm daha nədir!Bircə onu bilirəm ki,Səni görən gündən bəriÖmrümüz də, günümüz də,Sevgimiz də şahanədir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви