Sığışmaz
Yaxşı tanıyıram, mən səni yaxşı,Bu yurdun başına dolanmamısan.Yanıb tüstülənən bir ev görəndə,Alışıb odlara qalanmamısan.Ana torpağımı ziyarət bilib,Gözəllik önündə diz çökməmisən.Toyda qanad açıb, vayda ağlayıb,Solan gözəlliyə yaş tökməmisən.Böyük məhəbbətdən payın azdı, az,Sənin ürəyinə Vətən sığışmaz!Yaxşı tanıyıram Vətəni, yaxşı,Əlçatmaz, ünyetməz üfüqləri var.Saysız taleləri işıqlandıran,Gözə nur gətirən şəfəqləri var.Təkcə xəyalımdan keçmir bu torpaq,Ürəyimdən keçir, qanımdan keçir.Toxunan olanda onun ruhuna,Ağrısı qəlbimdən, canımdan keçir.Ana laylasıdır, ata səsidir,Vətən müqəddəslər müqəddəsidir!Ay istəyi sönük, sevgisi dayaz,Sənin ürəyinə Vətən sığışmaz!Təkcə dərə deyil, təkcə dağ deyil,Duyğudur, ürəkdir, nəfəsdir Vətən!Qürbətin dadını görənlər bilər,Nə qədər ilahi bir səsdir Vətən!Dünyası dünyanın özündən böyük,Bütün dahilərin sözündən böyük.Vurulmaz torpağa, bağlanmaz göyə,Xırdalar tapınmaz bu böyüklüyə!Ucuz sevgiləri buz üstünə yaz,Sənin ürəyinə Vətən sığışmaz!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sigismaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Ya Peyğəmbərl Oğlun Qasim, yaxud İbrahimvəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli
Şairin ziyarətiPeyğəmbərin vida həccindən min üç yüz altmış üç il sonraZəlimxanın həcc ziyarəti
Onun üzü hörmətinəŞərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz(üz tutsanız), Allah oradadır. Şübhəsiz, Allah (öz
Ey insanlar! Rəbbiniz birdir. Atanız da birdir. Hamınız Adəmin övladlarısınız(Hz. Məhəmmədin vida xütbəsindən)*Ey dünyanın, gələcəyin