Söylə
Dərd içini yandıranda,Apar dağa-daşa söylə.Bir ömürdə nələr çəkdin,Nələr gəldi başa, söylə.
Qaldır zilə, endir pəsə,Səs ver səni duyan kəsə.Dərdini Haqq eşitməsə,Gözündəki yaşa söylə.
İllər keçsə sərt, necədir?Vaxt olsa namərd, necədir?Desələr ki, dərd necədir? –Çək əlindən haşa, söylə.
2004, 16 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-soyle
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Fərman padşahındı, dağlar bizimdi.*Dadaloğlu*
Azər Turana təsəlli25 yaşında həyatdan gedən gənc alim, idrak və*təfəkkür sahibi, hər söhbətində məni heyrətləndirən*
Ağsaqqal ağısıBöyük ziyalımız, ağsaqqal alimimiz, müdrik dostum*İmam verdi Əbilovun əziz və istəkli nəvəsi Əbil Əbilovun*
Köhnə kişiXalq yazıçısı İlyas Əfəndiyevin*ruhuna bağışlayıram*
Стихи других поэтов
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
– Bir adam dalınca deyindi yaman!– Bir adam dalınca deyindi yaman!– Bəs sən nə dedin?
Gəraylı: Siz görək sani-biçunSiz görək sani-biçun,Nə əcəb sənət eyləmiş,
Bu necə əsridi?Yoxdu bir şəxs mənim tək meyə müştaq olsun.Saqiya, ver, iki dünyadə üzün ağ olsun!